Yaponiya millisinin üzvü addım addım PSJ yə

09.08.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

“Parma”nın qapıçısı Dzion Suzuki karyerasını Fransa çempionatında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, yaponiyalı qapıçı PSJ-yə keçməyə yaxındır.

Bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Məlumata görə, Paris klubu 23 yaşlı futbolçu üçün 36 milyon avro ödəməyə hazırdır. Tərəflər 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə ilə bağlı da danışıqlar aparır.

Qeyd edək ki, Suzuki 2024-cü ilin yayında Belçikanın “Sent-Trüydens” klubundan 7,5 milyon avro qarşılığında “Parma”ya keçib. Yaponiyalı qolkiper ötən mövsüm 22 oyunda meydana çıxıb, 30 qol buraxıb və 6 matçda qapısını toxunulmaz saxlayıb.

Suzuki 2026-cı ildə keçirilən dünya çempionatında da Yaponiya millisinin heyətində çıxış edib. Komanda turnirin 1/16 final mərhələsinə qədər irəliləyib.

“Roma” Pelleqrini ilə bağlı qərarını verdi Tyaqo Almada Argentinaya qayıtdı “Yunayted”in qolkiperi Çempionşipdə “Arsenal”dan 87 milyonluq transfer Messiyə ağır itki - Atası vəfat etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью