Yaponiya müdafiə naziri Yasukuni məbədini ziyarət edib

15.08.2026

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaponiyanın müdafiə naziri Şinciro Koizumi ölkənin İkinci Dünya müharibəsində təslim olmasının 81-ci ildönümündə mübahisəli Yasukuni məbədini ziyarət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.

Koizuminin səfəri Çin və Cənubi Koreyanın etirazına səbəb olub. Pekin Yaponiyanın addımını qətiyyətlə pisləyib, Seul isə yapon liderlərinin məbədə səfərindən “dərin təəssüf” ifadə edib və Tokionu müharibə tarixini düzgün qiymətləndirməyə çağırıb.

Yasukuni məbədində təxminən 2,5 milyon müharibə qurbanının xatirəsi yad edilir. Onların arasında İkinci Dünya müharibəsindən sonra müttəfiqlər tərəfindən ən ağır hərbi cinayətlərdə təqsirli bilinərək məhkum edilmiş 14 yapon lideri, eləcə də beynəlxalq tribunal tərəfindən təqsirli hesab olunan 1 000-dən çox digər şəxs də var.

Yaponiyanın Baş naziri Sanae Takaiçi məbədi ziyarət etməyib, lakin ora ritual qurban göndərib. Takaiçi ötən ilin oktyabrında hökumət başçısı seçilməzdən əvvəl məbədi bir neçə dəfə ziyarət edib.

Yasukunini vəzifədə olduğu müddətdə sonuncu dəfə ziyarət edən Yaponiya baş naziri Şinzo Abe olub. O, 2013-cü ildə məbədi ziyarət etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью