Yaponiya nəhəngi dünyanın ən çox avtomobil satan şirkəti oldu TOYOTA nın İLLİK STATİSTİKAS…
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. “Toyota” 2024-cü ildə 10,8 milyon avtomobil sataraq ardıcıl beşinci il dünyanın ən çox sa
Bu nəticə şirkətin qlobal bazardakı möhkəm mövqeyini bir daha təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, “Toyota” Qrupu (“Toyota”, “Daihatsu” və “Hino Motors” daxil olmaqla) 2024-cü ildə qlobal satışlarında 3,7% azalma müşahidə etsə də, yenə də yüksək nəticə əldə edib.
Satışdakı bu geriləmə şirkətin bazardakı lider mövqeyinə təsir etməyib. Xüsusilə Çin bazarında “Toyota”nın satışları 6,9% azalıb.
“Toyota” və “Lexus” markalarının ümumi qlobal satışları əvvəlki illə müqayisədə 1,4% enərək 10,2 milyon ədədə düşüb.
Bununla belə, “Toyota”nın hibrid avtomobilləri satışlarının artması diqqət çəkib.
2024-cü ildə benzin-elektrik hibrid modelləri şirkətin ümumi satışlarının 40,8% təşkil edib.
Bunun əksinə olaraq, tam elektrik avtomobillərinin satış payı cəmi 1,4% səviyyəsində qalıb.
Tam oxu
Xəbəri oxu