Yaponiya nüvə sualtı qayıqları almağı nəzərdən keçirir

10.11.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 noyabr, AZƏRTAC

Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi bildirib ki, ölkənin donanması üçün nüvə sualtı qayıqları əldə etmək imkanları nəzərdən keçirilməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Asahi” qəzeti məlumat yayıb.

Nazirin sözlərinə görə, Yaponiya ətrafındakı geosiyasi vəziyyət o qədər mürəkkəbləşib ki, Tokio ya dizel yanacağı ilə işləyən sualtı qayıqlardan istifadəni davam etdirməli, ya da nüvə reaktoru ilə təchiz edilmiş qayıqlara üstünlük verməlidir.

Nəşr xatırladır ki, oktyabrın 29-da ABŞ–Cənubi Koreya sammiti zamanı Cənubi Koreya Prezidenti ABŞ-dan nüvə sualtı qayıqları üçün yanacaq tədarükünə icazə istəyib. Bir gün sonra isə ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın nüvə sualtı qayıqlarının tikintisinə razılıq verdiyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью