Icma.az, 525.az portalına istinadən məlumat verir.
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi 102 adda məhsulun Rusiyaya ixracına qadağa qoyub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onların arasında bəzi metallar (volfram, alüminium), plastik məmulatlar, poladdan hazırlanmış məmulatlar, optik cihazlar və onların ehtiyat hissələri var.
Bununla da Yaponiyanın Rusiyaya ixracı yasaqlanmış məhsulların sayı 2 minə çatıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Yaponiya höküməti Rusiyanın 33 şirkəti və 9 fiziki şəxsinə qarşı sanksiyalar tətbiq edib.
L Tağıyeva