Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Yaponiyanın Honşu adası sahillərində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri Miyako şəhərindən (təxminən 51,7 min nəfər əhali yaşayır) 108 km şimal-şərqdə yerləşib. Ocağın dərinliyi 33 km olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin