Yaponiya sahillərində güclü zəlzələ baş verdi

27.08.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaponiyanın Honşu adasının şərq sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 117 min nəfərin yaşadığı İşinomaki şəhərindən 225 km cənubda yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub. pizza hut

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью