Yaponiya səfirinin vida görüşü

20.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Oktyabrın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik fəaliyyəti başa çatan Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya ilə görüşüb.

Görüşdə Azərbaycan–Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, səfirin fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə məmnunluqla qeyd edilib.

Ceyhun Bayramovun bu il Yaponiyaya həyata keçirdiyi səfər çərçivəsində aparılmış müzakirələr məmnunluqla xatırlanıb. İki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub, qarşılıqlı dəstək və çoxtərəfli platformalarda dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir səfirə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью