Yaponiya Şərqi Çin dənizində yeni platforma ilə bağlı Pekinə etiraz edib

26.08.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Yaponiya hökuməti Şərqi Çin dənizində mübahisəli ərazidə yeni qurğu inşa etmək planlarına görə Çinə etirazını bildirib.

APA xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yisimasa Hayasi açıqlama verib.

“Biz Çinin coğrafi bərabər məsafə xəttinin şərqində daha bir qurğu tikmək niyyətini təsdiqlədik. İqtisadi zonalar və kontinental şelfin hələ də dəqiq müəyyən edilmədiyi bir şəraitdə Çinin bu bölgədə birtərəfli addımlar atmasını son dərəcə təəssüf doğuran hal hesab edirik”, – deyə o bildirib.

Hayasinin sözlərinə görə, Yaponiya Çinə diplomatik kanallar vasitəsilə qəti etirazını çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью