Yaponiya silahlı qüvvələrinin rəsmi sayını azaltmağı planlaşdırır

11.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 11 noyabr, AZƏRTAC

Yaponiya hökuməti şəxsi heyət çatışmazlığı səbəbindən silahlı qüvvələrinin qanunla müəyyən edilmiş sayını azaltmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb. Məsələnin dekabr ayında təsdiqlənməsi gözlənilən milli təhlükəsizlik sənədlərində əks olunacağı bildirilir.

Hazırda Yaponiya Silahlı Qüvvələrinin ştat sayı 247 min nəfərdən çoxdur. Lakin doğum səviyyəsinin aşağı olması və hərbi xidmətə könüllülərin cəlb edilməsində çətinliklər səbəbindən faktiki şəxsi heyət normanın 88 faizini təşkil edir. Əsgər çatışmazlığı isə daha ciddi səviyyədədir.

Nəşrin məlumatına görə, islahatlar çərçivəsində bəzi hərbi obyektlərin birləşdirilməsi və süni intellekt əsaslı pilotsuz sistemlərin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Ştat ixtisarlarının əsasən qərargah və dəstək bölmələrini əhatə edəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью