Yaponiya Şimali Koreyaya qarşı sanksiyaların müddətini iki il uzadıb

08.04.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaponiya hökuməti Şimali Koreyaya qarşı sanksiyaları daha iki il uzatmaq qərarına gəlib, o cümlədən, ikitərəfli ticarətə tam qadağa da siyahıya daxildir.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bu barədə Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz bu qərarı Yaponiya vətəndaşlarının oğurlanması və Şimali Koreyanın nüvə raket proqramı kimi həll olunmamış problemlərin hərtərəfli həlli üçün hər cür səy göstərmək niyyətimizə əsaslanaraq qəbul etdik”, - deyə o qeyd edib. Tokionun məhdudlaşdırıcı tədbirləri, həmçinin Şimali Koreya gəmilərinin, eləcə də əvvəllər bu ölkənin limanlarına səfər etmiş gəmilərin Yaponiya limanlarına dayanması qadağası da daxildir.

Yaponiyanın Şimali Koreyaya qarşı sanksiyaları 2006-cı ildə tətbiq edilib və indi 2027-ci ilin aprelinə qədər uzadılıb. Pxenyan və Tokionun diplomatik əlaqələri yoxdur və Yaponiyanın mövqeyinə görə onlar arasında birbaşa nəqliyyat əlaqəsi yoxdur.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью