Yaponiya son iki pandasını Çinə geri GÖNDƏRİR

29.01.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaponiyanın son iki pandası "Xiao Xiao" və "Lei Lei"ni Çin ilə Yaponiya arasındakı kirayə sazişi başa çatdığı üçün Çinə geri dönməyə hazırlaşır.

Redaktor.az bu haqda xarici mediaya istinadla məlumat verir.

Beş yaşlı panda cütlüyü Yaponiyada doğulub, amma Çinin sərt panda kirayə qaydalarına görə hələ də Pekinə məxsus hesab olunurlar.

Onların gedişi Tokiodakı Ueno Zooparkına toplaşan izdihamla qarşılanıb. İnsanlar pandalara vida demək üçün sıralarda gözləyir, göz yaşları içində əlvida edir və hər kəs yalnız bir dəqiqəlik baxış vaxtı üçün pul ödəyir.

"Xiao Xiao" və "Lei Lei"nin geri dönməsi bir çoxları üçün sadəcə məşhur bir turizm cazibəsinin itirilməsi deyil, həm də Çin-Yaponiya münasibətlərinin vəziyyətinin narahatlıq doğuran göstəricisi sayılır.

Yaponiya son illərdə digər pandaların da geri qaytarılmasından sonra, bu cütlüyün gedişi ilə yarım əsrdir ilk dəfə ölkədə panda qalmayacaq.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью