Yaponiya Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək

22.04.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaponiya Ukrayna ilə kəşfiyyata dəstək sahəsində əməkdaşlığa başlayır.

Bizimyol.info xəbər verir ki, Kyushu iQPS İnstitutu Ukrayna kəşfiyyat xidmətlərini radar kəşfiyyatı texnologiyasından istifadə etməklə əldə edilmiş peyk təsvirləri ilə təmin etməyə başlayacaq.

Ukrayna və Yaponiya fevral ayından başlayan müzəkirələrdən sonra keçən həftə razılaşma əldə ediblər. Məlumat qəbulu sistemi əlavə parametrlər tələb edəcək. Bu prosedurlar 2-3 ay çəkəcək.

iQPS İnstitutu Yaponiyanın Kyushu bölgəsində yerləşir. Qurum peyk radar kəşfiyyatı texnologiyalarının hazırlanması və tətbiqi üzrə ixtisaslaşıb və Yer orbitində beş öz peyki var. Gələn ilə qədər daha iki peykin orbitə çıxarılması planlaşdırılır. Bu peyklərin xarakterik xüsusiyyəti istənilən hava şəraitində məlumat qəbul etmək qabiliyyətidir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью