Yaponiya Ukraynaya 25 milyon dollar ayıracaq

03.12.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaponiya hökuməti Ukraynaya minaların təmizlənməsi və tibbi yardım üçün 4 milyard yen (təxminən 25 milyon dollar) qrant verəcək. 

Bakıvaxtı.az-ın Yaponiya Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, artıq bu barədə Yaponiyanın Ukraynadakı səfiri Masaşi Nakaqome və Ukraynanın daxili işlər naziri İhor Klimenko arasında sənədlər mübadiləsi aparılıb.

Qeyd edilib ki, Yaponiya tərəfi minatəmizləmə sahəsində lazımi avadanlıqla təmin etmək və yapon texnologiyalarını təbliğ etmək üçün maarifləndirici tədbirlər keçirməklə əməkdaşlıq etmək niyyətindədir.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью