Yaponiya WUF13 ə böyük maraq göstərir Səfir

20.02.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bu il may ayında Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) 
bizim üçün də böyük maraq kəsb edir. Bu il həm də Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilib. Düşünürəm ki, bu həm Azərbaycan üçün,  həm də beynəlxalq səviyyədə böyük əhəmiyyətə malikdir". 

525.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya bildirib.
O deyib ki, bu tədbir Yaponiya şirkətləri ilə Azərbaycan arasında əməkdaşlığın qurulmasına,  Yaponiyanın bu sahədə biliklərinin Azərbaycanda da tətbiq olunmasına  töhfə verə bilər. 

"Yaponiyada İKT-nin  tətbiq edildiyi ağıllı şəhər layihələri həyat keçirilir. Bu şəhərlər arxitektura, memarlıq baxımdan müxtəlif həllər reallaşdırır. Eyni zamanda, İKT-dən də geniş istifadə edilir. Ötən ilin noyabrda İKT sahəsində Azərbaycanla Anlaşma Memorandumu imzalanıb. Hesab edirəm ki, qarşılıqlı şəkildə əməkdaşlıq, yeni texnologiyalardan  istifadə etməklə bu istiqamətdə böyük töhfələr verə bilər", - səfir söyləyib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью