Yaponiya XİNin Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib | I…
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Masaki İşikava ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin gündəliyi üzrə əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər: "Müzakirələr zamanı iqtisadi və ticarət əlaqələrinin, xüsusilə sənaye və enerji sahələrində əlaqələrin genişləndirilməsi, eyni zamanda humanitar sahədə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Bu xüsusda Azərbaycan ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin rolu vurğulanıb və gələn il növbəti birgə iclasın keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Azərbaycan-Yaponiya parlamentlərarası əməkdaşlığın ikitərəlimünasibətlərin inkişaf etdirilməsində mühüm rolu qeyd edilməklə qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsinin faydalı olacağı bildirilib".
Diqqətə çatdırılıb ki, görüş zamanı qarşı tərəfə postmünaqişə dövrü, Azərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətində atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə mina problemi, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə ətraflı məlumat verilib.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov həmkarına COP29-un uğurlu təşkili, əldə edilmiş nəticələr barədə məlumat verib və COP29 Sədrliyinə göstərdiyi dəstəyə görə Yaponiya tərəfinə minnətdarlığını bildirib.
Tam oxu
Xəbəri oxu