Yaponiya yaxınlığında Rusiya hərbi gəmiləri aşkarlandı

04.02.2025

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaponiyanın sərhədləri yaxınlığında üç Rusiya hərbi gəmisi görünüb.

Terleqraf.com xəbər verir ki, bu barədə “Newsweek” nəşri Yaponiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nəşr yazır: “Rusiyaya məxsus üç hərbi gəmidən, o cümlədən iki raket gəmisindən ibarət donanma Yaponiya yaxınlığında yerləşdirilərkən müşahidə edilib”.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, gəmilər Yaponiya dənizindən Şərqi Çin dənizinə doğru gedirmiş.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью