Yaponiyada 230 dan çox aviareys təxirə salındı

22.05.2025

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Yaponiyada “Şanşan” qasırğasının yaxınlaşması səbəbindən 230-dan çox aviareys təxirə salınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS hava limanları və aviaşirkətlərin monitorinq xidmətlərinin məlumatlarına istinadən məlumat yayıb.
Gözlənilir ki, avqustun 28-i səhər saatlarında qasırğa Okinava prefekturasının adalarına yaxınlaşacaq, axşam isə cənub-qərbdəki Kyuşu adasına düşəcək.
Bildirilir ki, ən çox uçuşu ləğv edən Yaponiya Hava Yollarıdır. “All Nippon Airways” (ANA) avqustun 28-dən 30-dək 80 reysi ləğv edib.
Bu tədbirlər ilk növbədə Kyuşu adasındakı hava limanlarına təsir edəcək. Dəmiryol operatorları da mümkün ləğvlər və gecikmələr barədə xəbərdarlıq edirlər.
Hazırda tayfun Amami adalarına (Okinava prefekturası) yaxınlaşır və şimal-qərbə Kyuşuya, eləcə də Yaponiyanın əsas adası Honsyuya doğru hərəkət edə bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью