Yaponiyada 5 bal gücündə zəlzələ baş verib

01.04.2026

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Zəlzələ Tokionun şimalında, Toçiqi və İbaraki prefekturalarında qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, Yaponiya Meteorologiya İdarəsi təcili xəbərdarlıq yayıb.

Seysmoloqlar 5 maqnitudalı zəlzələ qeydə alıblar. Sunami təhlükəsi yoxdur. Təkanlar Tokionun mərkəzi hissəsində də hiss olunub.

Tokio rəsmiləri baş vermiş zəlzələnin nəticələri barədə hələlik məlumat verməyiblər.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью