Yaponiyada 5,6 maqnitudalı zəlzələ baş verib

27.08.2026

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaponiyanın Xonsyu adasının şərq sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 117 min nəfərin yaşadığı İşinomaki şəhərindən 225 kilometr cənubda yerləşib.

Zəlzələ ocağının 10 kilometr dərinlikdə olduğu bildirilir.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью