Yaponiyada 7 alma 1 063 manata satıldı FOTO

13.11.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaponiyada keçirilən ilin ilk hərracında 7 xüsusi yetişdirilmiş alma 100 min yenə (təxminən 1 063 manat) satılıb.

Modern.az xəbər verir ki, hərrac Hokkaydo prefekturasının Hakodate şəhərindəki topdansatış bazarında təşkil olunub.

“Nanamitsuki” markalı almaların satış qiyməti ötən ilin rekord göstəricisini təkrarlayıb.

Almaları alan topdansatış şirkətinin nümayəndəsi meyvələrin dadını yüksək qiymətləndirərək onların bal kimi şirin olduğunu bildirib.

Yaponiyada xüsusi üsullarla yetişdirilən yüksəkkeyfiyyətli meyvələr müxtəlif vaxtlarda hərraca çıxarılır. Alıcılar yüksək qiymətə əldə etdikləri məhsullardan reklam və tanıtım məqsədilə də istifadə edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью