Yaponiyada baş nazirin avtomobili qəzaya düşdü

02.12.2024

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaponiya Baş naziri Şigeru İşibanı daşıyan avtomobil qəza törədib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, baş nazirin avtomobili Tottoridə işıqforun qırmızı işığında dayanarkən təhlükəsizlik maşınına çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, baş nazirin vəzifəyə gəldikdən sonra ilk səfəri olub. O, həmin gün Tottori prefekturasının Yazu şəhərində ailəsinin məzarını ziyarət etmişdi və Tokioya qayıtmaq üçün Tottori Hava Limanına yola düşmüşdü.

Fidan
Milil.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью