Yaponiyada bir həftədir böyük yanğını söndürmək mümkün olmayıb

25.11.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Yaponiyanın cənub-qərbində, Oita prefekturasında baş verən güclü yanğını artıq bir həftədir ki, söndürmək mümkün olmayıb.

APA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat verib.

Tikililərin sıxlığı və güclü külək səbəbilə 170 bina, o cümlədən yaşayış evləri yanıb. Hazırda 108 nəfər təxliyə olunub. Yanğın sonradan yaxınlıqda dağdakı meşə massivinə də keçib.

Hazırda yanğının genişlənməsi müşahidə olunmur. Lakin onun tam olaraq söndürülməsi üçün işlər görülür.

Bundan öncə yanğın nəticəsində bir nəfərin həlak olduğu bildirilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью