Yaponiyada davam edən meşə yanğınları 600 hektardan çox ərazini külə döndərib

26.03.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaponiyanın qərbində həftəsonundan bəri davam edən meşə yanğınları 600 hektardan çox ərazini yandırıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, NHK dövlət televiziyasının verdiyi məlumata görə, ölkənin qərbindəki meşə yanğınları Ehime prefekturasında 306 hektardan çox, Okayama prefekturasında isə 310 hektardan çox ərazini yandırıb.

Səlahiyyətlilər yanğınların Miyazaki prefekturasına da keçdiyini açıqlayıb. Yanğınlardan zərər çəkmiş ərazilərdə yaşayan minlərlə insan üçün təxliyə əmri verilib.

Yanğınsöndürmə briqadalarının səylərinə baxmayaraq, səlahiyyətlilər alovların nəzarət altına alına bilmədiyini və yaşayış məntəqələrinə yaxınlaşdığını açıqlayıblar.

Həftə sonu Yaponiyanın qərbində baş verən meşə yanğını 3000-ə yaxın insanın təxliyə edilməsinə göstəriş vermək məcburiyyəti yaradıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью