Yaponiyada dəhşətli zəlzələ

17.11.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaponiyanın Amami adaları yaxınlığında güclü zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, maqnitudası 6 bal gücündə qeydə alınan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 6,2 olub. Sunami təhlükəsi elan edilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью