Yaponiyada Fukusima Atom Elektrik Stansiyasının işçiləri təxliyə edildilər

30.07.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaponiyadakı "Fukusima" Atom Elektrik Stansiyasının (AES) bütün heyəti sunami xəbərdarlığı səbəbindən təxliyə edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Tokyo Electric Power Company, Incorporated" (TEPCO) şirkətinin "X" sosial şəbəkəsində məlumat verilib.

"Biz təsdiq etdik ki, "Fukusima-dayiti" və "Fukusima-dayni" AES-in bütün personalı daha yüksək ərazilərə təxliyə edilib və hazırda itkilər barədə məlumat yoxdur", - deyə məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, stansiya ALPS təmizlənmiş suyun axıdılmasını dayandırıb.

Şirkət hər iki AES-in avadanlığının istismarında və iş parametrlərində normadankənar halların olmadığını bildirib.

Qeyd edək ki, iyulun 30-da yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 03:24 - red.) Kamçatka yaxınlığında Sakit okeanda maqnitudası təxminən 8.7 olan zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 32 km dərinlikdə yerləşib. Bu, 1952-ci ildən bəri regionda ən güclü zəlzələdir. Onun ardınca hündürlüyü dörd metrə çatan sunami dalğaları baş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью