Yaponiyada güclü partlayış oldu

26.11.2024

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaponiyanın şimalındakı Sapporo şəhərinin mərkəzindəki binada partlayış baş verib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Televiziyanın məlumatına görə, partlayış yanğınla müşayiət olunub.

Xilasetmə xidmətlərinin məlumatına görə, azı 3 nəfər xəsarət alıb, daha bir nəfər ağır və huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerində 20-yə yaxın yanğınsöndürən briqadası cəlb olunub.

Hadisə barədə araşdırılma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью