Yaponiyada güclü ZƏLZƏLƏ

17.11.2024

Icma.az bildirir, Lent az portalına istinadən.

Yaponiyanın Amami adaları yaxınlığında 6 maqnitudalı zəlzələ qeydə alınıb.

Lent.az CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 6,2 olub. Sunami təhlükəsi elan edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью