Yaponiyada güclü zəlzələ oldu

17.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Yaponiyanın Amami adaları yaxınlığında 6 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 6,2 olub. Sunami təhlükəsi elan edilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью