Yaponiyada güclü zəlzələ olub

17.11.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaponiyanın Amami adaları yaxınlığında 6 maqnitudalı zəlzələ qeydə alınıb.

APA CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 6,2 olub. Sunami təhlükəsi elan edilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью