Yaponiyada “Harri Potter”in qılıncları müsadirə edildi

04.12.2024

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaponiyada “Harri Potter” (Harry Potter) film seriyasından tema parkında suvenir kimi satılan qılıncların təkrarı silaha nəzarət qanununu pozduqları səbəbiylə müsadirə edilib.

SİA xəbər verir ki, Yaponiyanın “Asahi Shimbun” qəzetinin xəbərinə görə, “Warner Bros Studios”a məxsus “The Making of Harry Potter” adlı tema parkının internet saytında açıqlama verilib.

Paytaxt Tokiodakı əyləncə parkında suvenir kimi satılan və ucu itiliyinə görə ölkədə silaha nəzarət qanununu pozduğu təsbit edilən 86 santimetr uzunluğundakı paslanmayan polad qılınclar geri istənilib.

Replika qılıncın “Harri Potter” film seriyasındakı Qodrik Qriffindor (Godric Gryffindor) personajına aid qılıncın orijinal rekreasiyası olduğu bildirilib və məhsulları alan müştərilərdən də şirkətlə əlaqə saxlamaları xahiş olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью