Yaponiyada hərbi təyyarə qəzaya uğradı

14.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Yaponiya özünümüdafiə qüvvələrinə məxsus təlim təyyarəsi Aiçi prefekturasının İnuyama şəhəri yaxınlığında qəzaya uğrayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə NHK telekanalı məlumat verib.

Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, təyyarə radarlardan itib. Öz növbəsində yerli yanğınsöndürmə xidməti qeyd edib ki, yerli vaxtla təxminən saat 15:00-da (Bakı vaxtı ilə 10:00) onlara təyyarənin nohura düşmüş ola biləcəyi ilə bağlı məlumat daxil olub.

İlkin məlumata görə, təyyarədə iki nəfər olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью