Yaponiyada ikinci paytaxt yaradılır

16.07.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaponiya parlamentinin Nümayəndələr Palatası fəlakətlər və fövqəladə hallar zamanı Tokionun əsas funksiyalarını davam etdirəcək ehtiyat "ikinci paytaxt"ın yaradılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə “Kyodo Nyus” məlumat yayıb.

Qanun layihəsinə görə, Baş nazir əhali və iqtisadi ölçü kimi meyarları nəzərə alaraq prefekturalar tərəfindən təqdim edilən ərizələr arasından ikinci paytaxt kimi istifadə ediləcək bir şəhəri seçə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью