Yaponiyada istehlak qiymətləri indeksi gözlənilən qədər artım göstərməyib

27.12.2024

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu gün Yaponiyada açıqlanan məlumatlar bazarın yaxın müddətli faiz artımı gözləntilərini qüvvədə saxlayıb.

Banco.az xəbər verir ki, təzə ərzaq xərclərini nəzərə almayan Tokio əsas istehlak qiymətləri indeksi (CPI) dekabr ayında əvvəlki ilə nisbətən 2,4 faiz artaraq proqnozlardan aşağı reallaşıb.

“Bloomberg” sorğusunda iştirak edən iqtisadçılar əsas CPI-nin 2,5 faiz artacağını gözləyirdilər.

Digər tərəfdən təzə qida və yanacaq xərclərini istisna edən başqa bir indeks noyabr ayında 1,9 faiz artımın ardından dekabr ayında əvvəlki ilə görə 1,8 faiz artıb.

Qeyd edək ki, məlumatlar Yaponiya Bankının (BOJ) yanvarın 23-24-də keçiriləcək növbəti siyasət iclasında araşdıracağı amillər arasında olacaq. Bəzi analitiklər mərkəzi bankın bu görüşdə qısamüddətli faiz dərəcələrini artıracağını gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью