Yaponiyada keçmiş həbsxana lüks otelə çevrilib

13.09.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nara şəhərindəki kompleks 1908-ci ildə Meyci dövrünün beş ən böyük həbsxanasından biri kimi inşa edilib. Memar Keyciro Yamaşita binanı roman üslubunda və radial prinsiplə layihələndirib: beş həbsxana korpusu mərkəzi nəzarət qülləsindən şaxələnir ki, bu da bir neçə nəzarətçiyə yüzlərlə məhbusu idarə etmək imkanı verirdi. 2017-ci ildə sonuncu məhbuslar başqa həbsxanaya köçürüldü və bina Yaponiyanın mühüm mədəni irs obyekti elan olundu.

Yenidənqurma işlərindən sonra burada 48 lüks nömrədən ibarət Hoshinoya Nara Prison oteli və həbsxana tarixi muzeyi açılıb. Memar Ri Adzuma orijinal kərpic divarları, metal tir sistemlərini, pəncərə çərçivələrini, pilləkənləri və xarakterik alçaq qapıları olduğu kimi qoruyub saxlayıb. Dəhlizlərdə hətta əvvəlki dəmir barbarlı pəncərələr də saxlanılıb, keçmiş həbsxana kilsəsi isə çay mərasimləri və axşam ətir emalatxanalarının keçirildiyi istirahət zonasında (launc) çevrilib.

Hər bir nömrə doqquz, on və ya on bir kameranın birləşdirilməsindən hazırlanıb. İnteryerlərdə açıq kərpic hörgüsü taxta, gümüşü-boz və mavi səthlər, müasir mebel və yumşaq tekstil materialları ilə sintez olunub. Ən böyük nömrələrdə qardrob, şezlonqlar, yerli spirtli içkilərdən ibarət mini-bar, musiqi pleyeri, yerli çaylar, vannalar üçün dəniz duzu və Narada istehsal olunmuş yun corablar təqdim olunur.

Otel şəraitində hovuz, spa və fitnes mərkəzi yoxdur - bunların əvəzinə qonaqlara daha mühitəuyğun əyləncələr təklif edilir: günortadan sonra çay süfrəsi, axşam "val" musiqisi seansları və keçmiş anbar binasında təqdim olunan kokteyllər. Restoranda yapon, qərb və Meyci dövrünün üslubuna uyğunlaşdırılmış səhər yeməkləri, şam yeməyində isə Qərbin Yaponiyaya təsiri tarixinə həsr olunmuş fransız menyusu təqdim edilir.

Otel qonaqları, həmçinin muzeyə pulsuz giriş əldə edir və ümumi ziyarətçilər üçün bağlandıqdan sonra qorunub saxlanılmış "D" həbsxana blokuna baş çəkə bilirlər. Yaxınlıqda Nara parkı və Today-ci məbədi yerləşir, keçmiş həbsxananın ətrafı isə hazırda adi yaşayış məhəllələri ilə əhatə olunub.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью