525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən il Yaponiyada məktəblilər arasında intihar halları 3 dəfə artıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyinin yaydığı hesabatda bildirilir.
Bu haqda hesablama 1980-ci ildən aparılır və 2025-ci ildəki göstərici rekorddur.
2025-ci ildə ölkə üzrə bütün yaş məktəblilər arasında 532 intihar faktı qeydə alınıb. Özünəqəsdlər əsasən bu səbəblərdən baş verir: dərslərə davamiyyətin aşağı olması, dostlarla münaqişə, gələcək karyera ilə bağlı qeyri-müəyyənlik, sağlamlıq və ailədə problemlər. Başqa maraqlı bir fakt: ölüm yolunu çıxış kimi seçənlərin arasında qızlar çoxluq təşkil edir.
Yeri gəlmişkən, Cavabdeh qurumlar intiharların sayının azalması üçün müəyyən addımlar atmağa başlayıblar. Onlardan biri məktəblərdə psixoloqların sayının artırılmasıdır.
L.Tağıyeva