“Yaponiyada müflisləşmə rekord həddə çatıb” − “Kyodo”

08.10.2025

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Yaponiyada aprelin 1-dən başlayan 2025-ci maliyyə ilinin birinci yarısında rekord sayda iflas qeydə alınıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, maliyyə ilinin ilk altı ayında Yaponiyada 5172 şirkət müflis olmaq üçün müraciət edib ki. Bu belə statistikanın aparılmağa başladığı 2013-cü ildən bəri ən yüksək göstəricidir. Bundan başqa, bu müddət ərzində ölkədə ardıcıl dördüncü ildir ki, iflasların sayı artıb. Kiçik biznesə ən çox ziyan dəyib: bazar kapitallaşması 10 milyon yendən (təxminən 65 000 dollar) və borc səviyyəsi 100 milyon yendən (650 000 dollar) az olan şirkətlər 70%-dən çoxunu təşkil edir.
İflasların əsas səbəbləri arasında işçi çatışmazlığı və işçilərin xərclərinin artması daxildir. Ən çox iflaslar xidmət sektorunda, eləcə də tikinti materiallarının bahalaşmasından zərər çəkən tikinti sektorunda fəaliyyət göstərən şirkətlərdə baş verib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью