Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Yaponiyanın altı müxalifət partiyası siyasi ianələrin toplanmasında qanun pozuntularında ittiham olunan Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya naziri Yoşihiro Sekinin istefasını tələb edən qətnamə layihəsini parlamentin yuxarı palatasına birgə təqdim etmək barədə razılığa gəlib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu qətnamə üzrə səsvermənin vaxtı daha sonra müəyyən ediləcək və nəticədə yaranan müzakirələr parlamentin işini ciddi şəkildə poza bilər .
Hakim Liberal Demokrat Partiyası nazirin qanunu pozmadığını iddia edir, lakin mövcud şübhələrə dair izahat verməli olduğunu etiraf edir.
Bunlar ilk növbədə, standart təcrübəyə zidd olaraq, onun yalnız özəl şirkətlərin nümayəndələrini deyil, həm də maraqlı dövlət qurumlarının rəsmilərini siyasi ianələr tələb etmək üçün ödənişli qəbullara dəvət etməsi ilə bağlıdır.
Müxalifət bunun potensial korrupsiya əlaqələrinin qurulması üçün şərait yaratdığını iddia edir. Həmçinin, nazirin siyasi ianələrin qeydiyyatı qaydalarını pozduğu iddia edilir.
Nazirlər Kabineti üzvünün istefasını tələb edən qətnamə məcburi deyil. Lakin müxalifət parlamentin yuxarı palatasında çoxluğa sahib olduğundan, bu qətnamənin qəbul edilməsi çox mümkündür.
Hər halda, bu, palatanın işini ciddi şəkildə poza və hökumət qanun layihələrinin təsdiqlənməsinə mane ola bilər.
Nazirin özü istefa verməkdən qəti şəkildə imtina edir və daha geniş bir qalmaqal Baş nazir Sanae Takaiçi üçün ciddi problemlər yarada bilər, deyə “Tokyo Broadcasting System Television”u (TBS) qeyd edir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin