Yaponiyada pandalara görə minlərlə insan zooparka axışdı

26.01.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaponiyada Çinə qaytarılacaq pandalarla vida mərasimi böyük marağa səbəb olub. Yaponiya–Çin münasibətlərində Tayvan məsələsi fonunda gərginlik davam edərkən, ölkədə qalan son iki pandanı yola salmaq üçün minlərlə ziyarətçi Tokio zooparkına üz tutub.

BAKU.WS Kyodo agentliyinə istinadən xəbər verir ki, 2021-ci ildə Tokio şəhərindəki Ueno Zooparkında dünyaya gələn panda balaları "Xiao Xiao" və onun əkiz bacısı "Lei Lei" yanvarın 27-də Çinə göndəriləcək. Pandaların ictimaiyyət üçün son açıq ziyarət günü zooparkda böyük izdiham yaşanıb.

Tokio Metropol Hökumətinin açıqlamasında bildirilib ki, son gün üçün nəzərdə tutulan 4 400 nəfərlik ziyarət kvotasına onlayn müraciətlərin sayı 24,6 dəfə çox olub. Pandaların yanvarın 28-də Çində yerləşəcəkləri mərkəzə çatacağı qeyd edilib.

Pandaların geri qaytarılması ilə Yaponiya 50 ildən artıq müddətdən sonra pandasız qalacaq. Çin ilk dəfə 1972-ci ildə iki ölkə arasında münasibətlərin normallaşması münasibətilə Yaponiyaya panda hədiyyə etmişdi.

Yeni pandaların Yaponiyaya göndərilməsi ilə bağlı gözləntilər isə Yaponiya Baş naziri Sanae Takaçiinin Tayvanla bağlı açıqlamalarından sonra iki ölkə arasında yaranan gərginlik səbəbindən qeyri-müəyyən olaraq qalır. Çin tərəfi Yaponiya rəhbərliyinin Tayvan boğazı ilə bağlı mövqeyinə etiraz edib və rəsmi Tokioya diplomatik nota təqdim edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью