Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Yaponiya parlamentinin aşağı palatası olan Nümayəndələr Palatası (Diet) erkən ümumi seçkilərə yol açmaq üçün ləğv edilib.
525.az xəbər verir ki, Nümayəndələr Palatası bu səhər yeni qanunvericilik müddətinin ilk iclasında ləğv edilib. Normalda səlahiyyət müddəti 2028-ci ilə qədər davam edəcək Nümayəndələr Palatası bu qərarla dərhal erkən ümumi seçkilərin keçirilməsi prosesini başladıb.
Qeyd edək ki, fevralın 8-də keçiriləcək ümumi seçkilərin təşviqat dövrü yanvarın 27-də başlayacaq.
Məhəmməd Tağıyev