Icma.az bildirir, Oxu.az portalına istinadən.
Yaponiya hökumətinin üzvləri yekdilliklə parlamentin Nümayəndələr Palatasını buraxmaq qərarına gəliblər.
Oxu.Az xəbər verir ki, məlumatı NHK telekanalı yayıb.
Xəbərə görə, müvafiq sənəd yanvarın 23-də keçirilən iclasda kabinet üzvləri tərəfindən imzalanıb.
"Nümayəndələr Palatası bu gün plenar iclasda buraxıldıqdan sonra müvafiq fərman elan ediləcək və hər bir partiya faktiki olaraq seçki kampaniyasına başlayacaq", - nəşr bildirib.