Yaponiyada qar 16 nəfərin ölümünə səbəb olub

26.01.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaponiyada yağan qar nəticəsində ən azı 16 nəfər ölüb, təxminən 120 nəfər xəsarət alıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

"JR Hokkaido" dəmiryol şirkətinin məlumatına görə, Hokkaido adasında yağan güclü qar səbəbindən minə yaxın qatar səfəri ləğv edilib və ya gecikib.

Ümumilikdə bu, 140 mindən çox sərnişinə təsir edib. Gecikmələr bu gün də davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью