Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaponiyada fəaliyyət göstərən dizayn şirkəti Qnote Inc. əməkdaşların stress səviyyəsini azaltmaq və iş mühitində mənəvi rahatlığı artırmaq məqsədilə ofisə 11 pişik daxil edib.
Ölkə.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, bu qeyri-adi təcrübə ilk dəfə 2004-cü ildə tətbiq olunmağa başlayıb. Layihə çərçivəsində pişiklər ofis daxilində sərbəst şəkildə dolaşır, əməkdaşlar isə onların baxımını birlikdə həyata keçirirlər.
Qeyd olunur ki, pişiklərin ofisdə olması işçilər arasında ünsiyyəti gücləndirir, daha sakit və rahat iş mühiti formalaşdırır.
Həmidə İbrahimova