Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Partlayış Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən hazırlanmış Epsilon S raketinin mühərrik sınağı zamanı baş verən yanğından sonra baş verib.
Gununsesi.infoxarici mediaya istinadən xəbər verir ki, JAXA-nın verdiyi məlumata görə, yerli vaxtla saat 08.30-da Kaqoşima əyalətindəki Taneqaşima Kosmos Mərkəzində ikinci mərhələ mühərrikinin yer sınağının 49-cu saniyəsində naməlum səbəbdən yanğın baş verib.
Yanğından dərhal sonra partlayış baş versə də, xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.
JAXA tərəfindən 2007-ci ildə buraxılış raketi olaraq hazırlanmağa başlayan Epsilon seriyalı raketlərin texnologiyanın köməyi ilə işçi qüvvəsini və atma xərclərini azaltmaq üçün nəzərdə tutulduğu bildirilir.
Orxan Saffari Gununsesi.info Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.