Yaponiyada qrip epidemiyası yayılıb

21.12.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaponiyada 94 mindən çox qripə yoluxma qeydə alınıb.

APA xarici KİV-ə istinadən xəbər verir ki, ölkə üzrə 5000 xəstəxana və klinikada 94 259 qrip xəstəsi qeydə alınıb.

Bildirilib ki, cari mövsümdə ölkədə ümumi qriplə xəstələnmə halların sayı 718 000-ə çatıb.

Məlumata görə, epidemiyanın yanvar ayında pik həddə çatacağı gözlənilir. Buna görə, qurumlar əhalini ehtiyat tədbirləri görməyə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью