Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yaponiyada 2025-ci ilin aprelindən oktyabr ayına qədər yeddi ay ərzində ayı hücumu qurbanlarının sayı beş ilin ən yüksək səviyyəsinə çatıb.
Bu barədə "Japan Today" xəbər saytı Yaponiyanın Ətraf Mühit Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunan tarixdə ümumilikdə 196 nəfər hücuma məruz qalıb. Təkcə oktyabr ayında 88 nəfər yaralanıb ki, bu da sentyabrda qeydə alınan 39 hadisədən iki dəfə çoxdur. Ayı hücumu qurbanlarının ən çoxu Akita, İvate və Fukusima prefekturalarında qeydə alınıb.
Nazirliyin məlumatına görə, 2023-cü ilin aprelindən bu yana rekord sayda ayı ilə bağlı ölüm qeydə alınıb - 5 noyabr tarixinə 13 nəfər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin