Yaponiyada stansiya rəisi kimi tanınan pişik ÖLDÜ

17.12.2025

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Yaponiyada Kinkava şəhərinin dəmiryol vağzalında 10 il stansiya nəzarətçisi kimi çalışmış məşhur Nitama adlı pişik vəfat edib.

Redaktor.az bu haqda "The Japan News" nəşrinə istinadla məlumat verir. 

Nəşr qeyd edir ki, onunla vidalaşmaq üçün təxminən 500 nəfər bir araya gəlib.

Nitamanın dəfn mərasimi çalışdığı dəmiryol stansiyasında keçirilib. Mərasimə qatılanlar pişiyin portreti önündə dua edib, memoriala gül və pişik yemi qoyublar.

Nitama 2015-ci ildə başqa bir pişiyi əvəz edərək stansiya rəisi vəzifəsinə təyin olunmuşdu. Oktyabrın sonunda onun qəfil olaraq az yeməyə başladığı bildirilirdi. Noyabrın 20-də Nitama dünyasını dəyişib. Pişiyin 15 yaşı var idi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью