Yaponiyada sunami xəbərdarlığı elan olunub

08.06.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Pekin, 8 iyun, AZƏRTAC

Filippinin cənubunda baş verən güclü zəlzələdən sonra Yaponiyada sunami xəbərdarlığı elan edilib.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın Meteorologiya Agentliyi ölkənin cənub sahillərində, o cümlədən İbaraki və Okinava prefekturlarında sunami təhlükəsi ehtimalı olduğunu bildirib. Sahilə yaxınlaşan dalğaların hündürlüyünün bir metrə çata biləcəyini gözlənilir.

Agentliyin nümayəndəsi Kiyomoto Masaşi jurnalistlərə bildirib ki, 2023-cü ilin dekabrında təxminən eyni areada baş verən 7,6 bal gücündəki zəlzələdən sonra Yaponiya sahillərində sunami müşahidə olunmuşdu. O, afterşokların davam etdiyini nəzərə alaraq, hazırkı zəlzələdən sonra hündür dalğaların yarana biləcəyini deyib.

Agentlik əhalini sahildən uzaq durmağa, dənizdə olanları dərhal quruya çıxmağa çağırıb. Sunami xəbərdarlığının hava limanlarının və dəmir yollarının fəaliyyətinə təsiri olmayıb.

Qeyd edək ki, iyunun 7-də gecə saatlarında Filippinin cənubundakı Mindanao adasında 7,8 bal gücündə olub. İlkin məlumatlara görə məktəblər, xəstəxanalar və yaşayış evləri daxil olmaqla 37 binaya ziyan dəyib. Azı 8 nəfər həlak olub, təxminən 200 nəfər xəsarət alıb. ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası Filippin, İndoneziya, Malayziya və Yaponiya daxil olmaqla regionda sunami təhlükəsinin olduğunu açıqlayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью