Yaponiyada sürət qatarı 4 işçini öldürdü

20.08.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaponiyanın mərkəzində yerləşən Toçiqi prefekturasında sürətli qatar relslərdə işləyən dörd işçini vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, Yaponiya mediasının yaydığı məlumatına görə, hadisə zamanı işçilər relslərdə işləyiblər.

Onların hamısı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin aldıqları xəsarətlərdən həyatlarını itiriblər.

Hadisədən sonra relsin qəzanın baş verdiyi hissəsində qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Polis hadisənin başvermə səbəblərini araşdırır.

Günəş Mərd 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью