525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaponiyanı Dujuan tayfunu ciddi fəsadlar törədib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, tayfundan sonra baş verən güclü yağışların yaratdığı torpaq sürüşməsindən sonra ən azı 4 nəfər ölüb, 6 nəfər itkin düşüb.
Ölümlərdən biri Kanagava, üçü isə Çiba bölgəsində baş verib. İtkin düşmüş şəxslərin tapılması üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başlayıb.
Dujuan tayfunu səbəbindən 52 600 ev işıqsız qalıb, ən azı 292 uçuş ləğv edilib, həmçinin quru və dəniz nəqliyyatında fasilələr yaranıb.
İbrahim Cəfərov